20 avqust 2018 ci il tarixində Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəy ilə “Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün regionlarda təsirlərinin öyrənilməsi” adlı layihəninn yekunu olaraq regionlarda keçirilmiş monitorinqin nəticələrinin təqdimat mərasimini keçirmişdir. Tədbirdə media və QHT nümayəndələri iştirak etmişdi.
Tədbir, Azərbaycan Milli QHT Forumunun konfrans zalında baş tutmuşdur (Nərimanov ray, Əhməd Rəcəbli 156, Aynalı Plaza). Regionlarda keçirilmiş monitorinqin nəticələri ictimaiyyətə açıqlanmışdır.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elşən Nağıyev layihənin icrası haqqında danışaraq, regionlarda (Kürdəmir, Siyəzən, Hacıqabul, Şirvan, Salyan və Neftçala) keçirilmiş monitorinq haqqında məlumat verdi.
Daha sonar söz İdarəetmə Akademiyasının Dossenti, Sosialogiya üzrə fəlsəfə doktoru İnşallah Qafarova verildi. İnşallah Qafarov Sorğunun nəticələrini təhlil edərək iştirakçılara təqdim etdi və yaranmış suallara aydınlıq gətirdi. Nəticələr aşağıda verilmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavablandırıldı.
“Sosial indikatorların köməyi ilə Hasilat sənayesində şəffaqlıq və hasabatlığın müəyyən edilməsi”mövzusunda keçirilmiş sosioloji sorğuların
STATISTIK NƏTİCƏLƏRİ
Sosioloji sorğuda 180 nəfər iştirak etmişdir
Kişilər: 54 nəfər, 30%
Qadınlar: 126 nəfər, 70%
Sual 2. Hasilat sənayesi barədə məlumatınız varmı?
1. Bəli, məlumatım var. 45%, 81 nəfər
2. Bu barədə nə isə eşitmişəm. 40%, 72 nəfər
3. Xeyir, yoxdur. 8 %, 15 nəfər
4. Cavab verməyə çətinlik çəkirəm. 6%, 10 nəfər
5. Bilmirəm. 1%, 2 nəfər
Sual 3. Azərbaycanın müasir dövlət idarəçiliyi sistemində tətbiq edilən şəffaflığın və hesabatlılığın səviyyəsi Sizi qane edirmi?
1. Bəli, qane edir. 57%, 103 nəfər
2. Xeyir, qane etmir. 24%,43 nəfər
3. Cavab verməyə çətinlik çəkirəm. 15%, 27nəfər
4. Bilmirəm. 4%, 7nəfər
Sual 4. Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq və hesabatlılıq sizi qane edirmi? [Qeyd: 2-ci sual 165 nəfər arasına aparılmışdır. Belə ki, 1 ci suala 15 nəfər mənfi cavab vermişdir]
1. Bəli, edir. 68%, 112 nəfər
2. Xeyir, qane etmir. 19%, 31 nəfər
3. Cavab verməyə çətinlik çəkirəm. 7%, 12 nəfər
4. Bilmirəm. 6%, 10 nəfər
Sual 5. Təbii ehtiyatlardan əldə olunan gəlirlərin idarə olunmasında ictimai iştirakçılığın səviyyəsi Sizi qane edirmi ?
1. Bəli, qane edir. 41% , 74 nəfər
2. Qane etmir. 32%, 58 nəfər
3. Cavab verməyə çətinlik çəkirəm..18 %, 32 nəfər
4. Bilmirəm. 9%, 16 nəfər
Sual 6. Sizin fikrinizcə, təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətlə istifadə olunurmu?
1. Bəli, qənaətlə istifadə olunur. 38%, 68 nəfər
2. Xeyir, qənaət prinsipinə əməl edilmir. 33%, 59 nəfər
3. Cavab verməyə çətinlik çəkirəm. 26, 47 nəfər
4.Bilmirəm. 3%, 6 nəfər
Sual 7. Hasilat sənayesindən əldə olunan gəlirlərin idarə olunması ilə bağlı vətəndаşlаr qаrşısındа hеsаbаt verilməlidirmi?
1. Bəli, verilməlidir. 56 %, 109 nəfər
2. Qismən verilməlidir. 14 %, 25 nəfər
3. Xeyir,verilməsinə ehtiyac yoxdur. 8 %, 14 nəfər
4. Cavab verməyə çətinlik çəkirəm. 14%, 25nəfər
5. Bilmirəm. 8%, 14nəfər
Sual 8. Sizin fikrinizcə hasilat sənаyesində fəaliyyət göstərən özəl şirkətlər şəffаflığın qorunması üçün hansı tədbirlər görməlidir?
1. Müntəzəm şəkildə mətbuatda çıxış etməlidirlər. 33%, 59 nəfər
2. Yoxlama və sorğulara, o cümlədən jurnalist araşdırmalarına şərait yaratmalıdırlar. 36%, 68 nəfər
3. Qeyd olunanların hamısı yerinə yetirilməlidir. 23%, 41 nəfər
4. Cavab verməyə çətinlik çəkirəm. 6 %, 11 nəfər
5. Bilmirəm. 2 %, 2 nəfər
Sual 9. Mədən sənayesindəki özəl şirkətlər tərəfindən şəffaflığın tətbiqinə dövlət orqanlarının nəzarət etməsinə ehtiyac varmı?
1. Bəli iqtisadiyyatın bütün sahələrində olduğu kimi bu sahədə də dövlət tənzimlənməsi həyata keçirilməlidir. 63%, 114 nəfər
2. Xeyir dövlət bu işə müdaxilə etməməlidir. 14%, 23 nəfər
3. Cavab verməyə çətinlik çəkirəm. 11%, 20 nəfər
4. Bilmirəm. 13%, 23 nəfər
Sual 10. Sizin fikrinizcə Şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi üçün nə etmək lazımdır?
1. İlk növbədə maarifləndirmə işini həyata keçirmək lazımdır. 39 %, 70 nəfər
2. Yeni daha mükəmməl qanunlar qəbul edilməlidir. 28 % , 50 nəfər
3. Bunların hər ikisi. 21%, 38 nəfər
4. Bunların heç biri. 6%, 11 nəfər
5. Cavab verməyə çətinlik çəkirəm. 4% ,7 nəfər
6. Bilmirəm. 2%, 4 nəfər
Sual 11. Sizin fikrinizcə, mədən hasilatında maliyyə hesabatlarının mətbuatda mütəmadi dərc edilməsinə ehtiyac varmı?
1. Bəli, ehtiyac vardır. 47%, 85 nəfər
2. Xeyir, ehtiyac yoxdur. 13%, 23 nəfər
3. Cavab verməyə çətinlik çəkirəm. 24%, 43 nəfər
4. Bilmirəm. 16%, 29 nəfər
Sual 12. Hasilat sənayesində şəffaflığın və hesabatlığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə eşitmisinizmi?
1. Bəli, eşitmişəm. 42%, 77 nəfər
2. Xeyir, eşitməmişəm. 29%, 52 nəfər
3. Cavab verməyə çətinlik çəkirəm. 24%, 43 nəfər
4. Bilmirəm. 5%, 9 nəfər
Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə
İctimai Birliyinin sədri Elşən Nağıyev.