Sülhəddin Əkbər: “Ölkədə utandırıcı mənzərə formalaşıb”
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər açıqlamasında konstitusiyaya edilən dəyişiklikləri şərh edib. Partiya sədri məlum dəyişikliklərin demokratiya adına yaxşı heç nə vəd etmədiyini bildirib:
“Azərbayannda artıq utandırıcı bir mənzərə formalaşıb. Afrika dövlətəlrində belə demokratiyanın inkişaf etdiyi bir vaxtda Azərbaycan 2002-ci ildən bu günə, hətta deyərdim ki, 1993-cü ilin 4 iyun qiyamından bu yana geriləməkdə davam edir. Bu isə Azərbaycana yaxşı heç nə vəd etmir.
Azərbaycanda hakimiyyətin dinc, demokratik yolla dəyişilməsinin demək olar ki, önü kəsilib. Atılan bu addımlar prosesi daha çətin duruma salır. Azərbaycan dinc demokratik inkişaf yolundan çoxdan çıxıb. Ətraf regionda gedən prosesləri nəzərə alsaq, narahatam ki, Azərbaycanda da proseslər bu istiqamətdə gedə bilər”.