Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Milli Şura hakimiyyətin AŞPA-da rüşvət rüsvayçılığını və repressiyaları müzakirə etdi

milli suraİyunun 29-da Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə vəziyyət və beynəlxalq aləmdə gedən proseslər müzakirə edilib.

Koordinasiya Mərkəzinin üzvləri İstanbuldakı Atatürk Hava Limanında 42 nəfərin ölümü, 239 nəfərin yaralanmasından kədərləndiyini bildirib və türk xalqının acısını bölüşüb. Milli Şura terror aktı nəticəsində həyatını itirmiş günahsız insanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyir, bu ağır gündə Türkiyənin yanında olduğunu ifadə edir.

Koordinasiya Mərkəzinin toplantısında ölkədə repressiyaların genişlənməsindən narahatçılıq ifadə olunub, “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Qənimət Zahidin yaxın qohumları Rüfət və Rövşən Zahidovlara saxta narkotik ittihamı əsasında 6 il həbs cəzası verilməsindən hiddət ifadə edilib. Müzakirələr zamanı qeyd edilib ki, haqqında söhbət gedən Zahidovlar siyasətə heç bir aidiyyəti olmayan sadə kənd adamlarıdır və onlar bilavasitə Qənimət Zahidin peşə fəaliyyətinə görə həbs ediliblər. Hökmdən əvvəl Rüfət və Rövşən Zahidovların Amnesty International tərəfindən vicdan məhbusu kimi tanınması Azərbaycan hakimiyyətinin bu şəxsləri girov götürməsinin təsdiqi kimi qiymətləndirilib. Koordinasiya Mərkəzi ölkədə girov məhbusların sayının artmasını hakimiyyətin qisasçılğı, insan haqları və vətəndaş hüquqlarının ciddi şəkildə pozulması kimi qiymətləndirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir