Ukraynanın “Global Spirits” spirtli içki holdinqi (“Xortitsa”, “Shustoff”, “Moroşa” brendləri) öz məhsullarını Azərbaycanda da istehsal edəcək.
“Report” xəbər verir ki, bunu holdinqin sahibi Yevgeni Çernyak deyib.
“Biz, məncə, avqustun 10-dan etibarən Azərbaycanda istehsala başlayırıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, “şirkət xarici bazarlarda inkişaf etmək qərarına gəlib. Çünki bu bazarlar daha sabit, marja daha yüksəkdir və biznes üçün oyun qaydaları daha ədalətlidir”.