Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

İstiqlalçı xanım deputat vəfat etdi – Yataqxanada yaşayırmış

Milli Məclisin sabiq deputatı Məryəm Həsənova vəfat edib.
BakuPost-un məlumatına görə, sabiq deputat 80 yaşında yaşadığı Siyəzən rayonunda dünyasını dəyişib. O, yataqxanada, bir otaqlı mənzildə yaşayırmış.

Qeyd edək  ki, M.Həsənova istiqlalçı deputatlardan biri olub. 1990-1995-ci illərdə Azəbaycan parlamentinin üzvü olub.

1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, “Müstəqil Azərbaycan” deputat blokunun 43 üzvündən biri olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir