Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

AXCP üzvü Zəfər Əhmədli həbs edilib

O, polisin tələbinə tabe olmamaqda günahlandırılır
İyulun 27-də Xətai Rayon Məhkəməsi AXCP üzvü Zəfər Əhmədli barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarıb.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, AXCP üzvü evindən çıxarkən aparılsa da, küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılır:
“İttihamlar saxtadır. Zəfər Əhmədli həm də “Facebook” fəalıdır. Bir neçə gündür ki, rusiyalı müğənni Zaranın Bakıya gəlişini tənqid edir. Bundan başqa, bloger Mehman Hüseynovun anasının yanına buraxılmamasını tənqid edir. Onu məhz yazdıqlarına görə saxlanıldığını düşünürük. Zəfər Əhmədli bir neçə gündür Bakıda yox idi, iyulun 27-də qayıdıb. Evə çatandan az sonra evə polislər gəlib. Qapını açmayıb. Evin işıqlarını kəsiblər. Zəfər Əhmədli evdən çıxanda aparıblar”.
Z.Əhmədli həm də həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin atasıdır.
Fuad Əhmədli 2016-cı ilin avqustun 17-də saxlanılıb. O, işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürməkdə ittiham edilir. Bildirilir ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənə aid materiallar olan disklər, kitablar tapılıb.
F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsib.
F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir