Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

DÇ-2018-in qalibi Fransa komandası olub

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa komandası olub. 
 Fransa və Xorvatiya milli komandaları arasında turnirin final matçının keçirildiyi “Lujniki” stadionunda  hesabı Fransa yığması açıb.
Matçın 18-cı dəqiqəsində xorvat Mancukiç avtoqola imza atıb.
Hesabda geri düşən Xorvatiya yığması  10 dəqiqə sonra, 28-ci dəqiqədə hesabı bərabərləşdirib. Bu dəfə Perşiç fərqlənib.
38-ci dəqiqədə fransızlar yenə hesabda önə keçiblər. Bu dəfə Qrizman 11 penaltini dəqiqliklə yerinə yetirib.
Fasiləyə Fransa yığması 2-1 hesabla qalib yollanıb.
Matçın ikinci hissəsində, 59-cu dəqiqədə Poqba hesab fərqini ikiyə qaldırıb. 65-ci dəqiqədə fransızlar Mbappenin qolu ilə hesabı 4-1 ediblər. 69-cu dəqiqədə Xorvatlar hesab fərqini 2 topa endiriblər. Bu dəfə Mancukiç fərqlənib.
Hakim matçın sonuna 5 dəq əlavə edib. Lakin bu vaxt ərzində heç bir qol olmayıb. Beləliklə, Fransa 20 il sonra yenidən Dünya Çempionu titulunu qazanıb.
DÇ-2018
Final
15 iyul
Fransa – Xorvatiya – 4:2
Qollar: Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 – Perişiç, 28, Mancukiç, 69
Hakim: Nestor Pitana (Argentina)
Moskva. “Lujniki” stadionu

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir