Azərbaycan hakimiyyəti hesab edir ki, qeyri-hökumət təşkilatları onlara işləməlidir. Onlar QHT-lərin 99%-də bu məqsədə nail ola bilməkdən çox məmnundurlar.
Hakimiyyətin əsas ideoloqu Əli Həsənovun QHT-lərə Dəstək Şurasının 10 illiyinə həsr olunmuş tədbirdə çıxışından belə bir nəticə çıxır.
Nağıl danışmaq ənənəsinə sadiq olan Həsənov bildirib ki, 1995-ci ildən etibarən ölkədə bütün seçkilər azad və şəffaf keçirilib, ölkədə müstəqil media yaradılıb, QHT-lərin fəaliyyəti azad və şəffafdır.
Onun sözlərinə görə, 10 il ərzində QHT-lər 15 min nəfərin cəlb olunduğu 4500 layihə çərçivəsində 36 mln. manat vəsait alıb.
Vətəndaş cəmiyyəti haqqında danışan Həsənov onları xarici təhlükələrə ən az məmurlar qədər müqavimət göstərən ölkənin maraqları uğrunda mübarizlər adlandırıb.
Daha sonra o, QHT-lərin xarici dairələrin təsiri altına düşən, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı istifadə olunan hissəsini ittiham edib. “Amma QHT-lərin 99%-i dövlətçiliyi təbliğ edir”, deyə Həsənov bildirib.
Beləliklə, Həsənov faktiki olaraq etiraf edib ki, ölkədə fəaliyyət göstərən bütün KİV-lər hökumətyönlüdür (GONGO), bu da prinsipcə müstəqil olmalı və cəmiyyətdə alternativ düşüncə kimi çıxış etməli olan vətəndaş cəmiyyəti prinsipinin özünə tamamilə ziddir.
Əli Həsənov həmçinin etiraf edib ki, hakimiyyətin səyi ilə ölkədə bütün alternativ fikirlər düşmən və xarici dairələrin təşəbbüsü hesab edilir. Hakimiyyətin hüquq və azadlıqları pozmaq siyasəti də belə bir konsepsiya üzərində qurulub, buna dövlətçilik düşmənlərinə qarşı mübarizə ilə bəraət qazandırmağa çalışırlar.
Bütün bunlara baxmayaraq, Həsənov hakimiyyətdən qrant alan KİV-lərin böyük əksəriyyətinin onun ailəsinə və qohumlarına yaxın media olduğunu bildirməyi “unudub”.