Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Azərbaycanda dövlətçilik və seçki mədəniyyəti: son 100 illik yolda

  May 2018 il tarixində Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzində, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Mədəni İnkişaf və Dialoq” İB tərəfindən Azərbaycanda dövlətçilik və seçki mədəniyyəti: son 100 illik yolda” layihəsi çərçivəsində seminar – treninq keçirilib.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub və maarifləndirici xarakter daşıyıb. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin və Bakı 1 saylı Baza Tibb Kollecinin tələbələri və Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər.

Seminarı mərkəzin məsul işçisi Azər Zeynəlzadə açaraq tədbirin əhəmiyyətini vurğulamış və seminar aparıcılarını təqdim edib. Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib.

İlk olaraq məruzəçi, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Cümhuriyyət dövründən I vitse prezidentliyə gələn yol” möv-zusunda çıxış etmişdir. Məruzəçi dövlət və dövlətçiliyi əks etdirən mərasimlər, ənənələr və tədbirlərin, o cümlədən: gerb, himn, bayraq, rəsmi geyim, ölkənin həyatındakı müəyyən hadisələrlə bağlı rəsmi bayram, faciə günləri və s. halların dövlətçilik mədəniyyətinin ifadəsi oluğunu vurğulayıb.

Respublikamızın Azərbaycan Xalq Cumhuriyyəti(AXC) dövründən bu günə kimi keçdiyi təkamül yolundan bəhs etmişdir. Mövzunun davamı olaraq digər aparıcı, fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Mövsümova “Gender siyasəti” ilə bağlı çıxış etmiş və Azərbaycanda AXC dövründən başlamış müasir zamana qədərki vaxt ərzində cəmiyyətdə cinslərarası, fərdlərarası münasibətlərin formalaşmasından bəhs edib.

ADMİU-nun tələbəsi Zərqələm Yaquəliyevanın təklifi ilə 19 mayda şəhid olmuş, əskər Adil Tafarovun xatirrəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mövzu ətrafında müzakirələrdə ADMİU-nun tələbəsi Z.Yaqubəliyeva, 1 saylı Bakı Baza Tibb Kollecinin müəllimi V.Məmmədov və s. iştirak etmişlər. Sonda AXC-nin 100 illiyinə həsr edilmiş filmə baxış olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir