Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Şəhid ailələri dövlət qayğısından kənarda qalmamalıdır!

Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və əhalinin həssas təbəqəsi hesab olunan insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifələrindən biridir!

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuş ailələrin, Əfqanstan, Qarabağ müharibəsi əlillərinin və Çernobıl qəzasınında sağlamlığlarını itirmiş şəxslərin tibbi reabilitasiyası və sosial müdafiəsi aidiyyatı dövlət idarələri tərəfindən təmin olunmalı və onların hər birinin sosial təminatını günü-gündən yaxşılaşdırılmalıdır.

Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev müvafiq Fərman və Sərəncamlar imzalamışdır. Bu gündə bu təbəqəyə diqqət və qayğını, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyev Cənabları tərəfindən müxtəlif fərman və sərən¬camlar imzalanaraq davam etdirilir.

Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncam haqqında qanunları bilmədikləri üçün, onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək, çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Buna görə də, çox vaxt aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyasını dəyişirlər.

Əfqanıstan və Qarabağ müharibəsi əlillərinin qarşılaşdıqları ən ağır mövcud problem isə, onlarla Əfqanıstan, Qarabaq müharibəsi əlilləri vardır ki, onlar Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələlr üzrə Komissıyasıyadan keçərək adı çəkilən komissiyadan, xarici ölkələrdə müalicə olmaları üçün rəy almalarına baxmayaraq 3 ildən artıqdır ki, onların xarici ölkələrdə müalicələri hələdə, Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmamışdır. Bu əlilllər bilmirlər ki, yaranmış problemlərin həllində hara və necə müraciyət etsinlər.

Bu müharibə əlillərindən 11 nəfərinin səhhəti ağır olduğu və müalicələrinin gecikmələri səbəbindən vaxtında müalicə almadığı üçün, vaxtsız dünyasını dəyişərək vəfat etmiş, qalanları isə səhətləri günü-gündən pisləşməkdə davam edir. Bu əlillər yaranmış problemin həll olunmaması üzündən ağırlaşmış xəstəliyə dözə bilməyərək əziyyət çəkirlər.

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuş şəhid ailələrinin, əlil olmuş şəxslərin və hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev tərəfindən 20 may 1997-ci il tarixdə № 296-IQ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında fərman imzalanaraq Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında (25.07.97, № 620) Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 23 noyabr 2001-ci il tarixli 219-IIQD saylı fərmanı ilə əlavələr və dəyişikliklərlər edilmişdir. Həmin qanuna edilmiş əlavə və dəyişikliyə əsasən 01 yanvar 2007-ci il tarixindən hər bir hərbiquluqçunun sığorta məbləği 11000 min manat olmuşdur. 2007-ci il tarixindən 2017-ci il tarixə kimi şəhid ailəsinə 11000 manat, I-ci qrup müharibə əlilinə 8800 manat, II-ci qrup müharibə əlilinə 6600 manat və III-cü qrup müharibə əlilinə isə 4400 manat sığorta məbləği ödənilməsi nəzərdə tutulmuşdur.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası”haqqında 20 may 1997-ci il tarixlı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakinhal-hazırda da sığorta məbləğini almamış hərbi qulluqçulara müəyyən edilmiş şərtlərin və sığorta məbləğinin şamil edilməsi və buraxılmış müddətin bərpa edilməsi ilə əlaqədar məhkəmə iddialarının sayı artmışdır. Məhkəmələlərə edilən çoxsaylı müraciətləri nəzərə alaraq Ali Məhkəmə bu məsələ ilə əlaqədar 12.06.2013-cü il tarixdə Azərbaycan Respublikası Konustusiya Məhkəməsinə müraciət etmişdir.

Kontitusiya Məhkəməsinin Plenimunun 28 yanvar 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında 20 may 1997-ci il tarixlı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.

Lakin Milli Məclis tərəfindən sığorta məbləğinin ödənilməsi qaydaları və şərtləri müəyyən edən müvafiq normativ hüquqi akt hələdə qəbul edilməmiş, bu məqsədlər üçün dövlət bücəsindən müvaviq vəsait ayrılmamış, məhkəmələr tərəfindən yuxarıda qeyd edilən statuslu hərbi qulluqçuların və onların ailə üzvülərinin (varislərinin) iddia tələbləri təmin edilərək sığorta məbləğinin ödənilməsinə dair təxminən 350 dən artıq qərar və qətnamə qəbul edilmiş və icra qərarları Dövlət Sığorta Kommersiya Şirkətinə göndərmişlər.

Hal-hazırda məhkəmə qətnamələrinin icrası və çoxsaylı vətəndaşların statuslu hərbi qulluqçularının və onların ailə üzvülərinin (varislərinin) tələblərinin təmin edilməsi üçün böyük miqdarda vəsaitin dövlət büccəsindən ayrılmasına ehtiyac vardırdır və ödənilməsi vacibdir. Buna baxmayaraq Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Pleenimunun 28 yanvar 2014-cü il tarixli Qərarının 2-ci bəndinə və məhkəmələrin icra sənədinə isnad edilən, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid ailələri, əlil olmuş şəxslər və statuslu hərbi qulluqçular və onların hüquqlarını müdafiə edən ictimai təşkilatlar, Dövlət Sığorta Kommersiya Şirkətindən ödənişlərinin həyata keçirilməsini tələb edirlər.

Kontitusiya Məhkəməsinin 06/01-500 saylı 05.06.2014-cü il tarixli məktubunda qeyd edilir ki, 20 may 1997-ci il tarixinənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin məbləğin ödənilməsi qydasının və şərtlərinin müəyyən edilməsindən sonra həyata keçirilə bilər.

Konustusiya Məhkəməsi Qərarının icrasının təmin olunması məqsədi ilə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi adlı siyahı əsasında 1991-1997-ci illərdə hərbi xidməti dövüründə həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçuların siyahısı müəyyən edilmişdir. Bu hərbi quluqçular və həmçinin sığorta məbləğinin ödənilməsinə dair məhkəmə qərarı olan hərbi qulluqçuların vərəsələrinə sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin məbləğin ödənilməsi qydasının və şərtlərinin müəyyən edilməsindən və dövlət bücəsindən müvafiq vəsaitin ayrılmasından sonra həyata keçirilə bilər. Bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
Lakin təəsüflər olsun ki, Konustusiya Məhkəməsi Plenimunun 28 yanvar 2014-cü il tarixli Qərarından 3 il keçməyinə baxmayaraq, Milli Məclis tərəfindən biganə yanaşıldığı üçün həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməsi həmin məbləğin ödənilməsi qydasının və şərtlərinin müəyyən edilməsi hələdə öz həllini tapmamışdır.
Bununda nəticəsində 1000-lərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid ailələri, əlil olmuş şəxslər və statuslu hərbi qulluqçular, onlara dövlət tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğinin almalarında müəyyən problemlər yaranmışdir. Adları qeyd olunan vətəndaşların əksəriyyəti onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta məbləğinin necə almaları yolunu bilmədikləri üçün sığorta müddətlərinin vaxtı bitdiyi üçün, onlara çatası sığorta məbləğinin ala bilməməmişlər. Bu adları qeyd olunan vətəndaşlar dəfələrlə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Milli Məclisin və adiyyəti olan Nazirliklərin qarşısında kütləvi toplanıb öz narazılıqlarını bildirərək hökümətddən incik düşürlər. Ən facəsi budur ki, onlarla müharibə əlili səhhətdində yaranmış problemlər ücbatından onlara dövlət tərəfindən verilməsi nəzərdə tutulmuş sığorta məbləğini (qan pulunu) almadan dünyasını dəyişmişdir.

Bəs görəsən 100 metirlik yaxınlıqda yeləşən Milli Məclisində oturan Millət vəkilləri niyə bu məsələyə layqeyid münasbət gostərirərək qısa müddətə baxılması nəzərdə tutulmuş məsələni illərdir uzadaraq vətən uğrunda canını, qanını vermiş şəhidlərimizə və müharibə əlillərimizə hörmətsizlik edərək sayğısız münasibbət bəsləməkdə davam edərək onları hökümətdən incik salırlar.

Qeyd olunan problem cox ciddi və aktual problemlər olduğu üçün və bu mövcud problemilərin həllinə yaxından dəstək verərək kömək etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsini həyyata keçirir.

Layihənin əsas məqsədi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuşların ailələri, əlil olmuş şəxslər və statuslu hərbi qulluqçulara dövlət tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğinin almalarında və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış, 20 yanvar əlillərinə, Əfqanıstan, Qarabağ müharibəsi əlillərinin və Çernobıl qəzasının əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş şəhid ailələlərinə, müharibə əlil və veteranlarına layiqincə xidmət göstərərək onları hökumətdən incik salmamalıdılar. Vəzifəli şəxslər hər bir vətəndaşı qəbul edərkən unutmamalıdır ki, torpaqlarımızın 20 faizi hələ də yadelli erməni işğalçılarının əsarəti altındadr. Qəbul etdikləri ailələrdə işğal olunmuş torpqlarımızın azad olunması üçün əsgər, zabitlər, Mübariz İbrahimov, Murad Mirzəyev kimi yeni-yeni Milli Qəhramanlarımız böyüyür. Məmurlar, vəzifəli şəxslər xoşagəlməz rəftarları ilə onların vətənpvərlik ruhlarını və hisslərini sarsıdmamalıdırlar.

Ali Məhkəmənin 12.06.2013-cü il tarixli müraciəti əsasında, Konustusiya Məhkəməsinin Pleenimunun 28 yanvar 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuşların ailələrinin, əlil olmuş şəxslərin və hərbi qulluqçuların sosial sığorta məbləğinin ödənilməsi və şərtlərinin müəyyən edilməsi qaydalarını və dövlət bücəsindən müvafiq vəsaitin ayrılması məsələsinə Milli Məclis tərəfindən tezliklə baxılaraq müvafiq qərar qəbul edilərək, nəzərdə tutulmuş sığorta məbləğləri adı çəkilən vətəndaşlara odənilməlidir.

Ümüd edirik ki, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinnin həllinə dəstək mərkəzinin yaradılması” layihəsi sahəsində görüləcək işlər, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuşların ailələrinin, əlil olmuş şəxslərin və hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanununun icrasına ictimai dəstək verərək öz xeyirli tövhəsini verəcəkdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda və Qarabağ müharibəsində ŞƏHİD olanlara ALLAH rəhmət etsin, sağlamlığlarını itirənlərə isə can sağlığı versin.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər”Fondunun prezidenti,
“Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”
layihəsinin rəhbəri SƏRRAF ORUC

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir