Türkiyədə məşhur sənət adamlarının aralarında olduğu məhkəmə prosesi başa çatıb.
Çağatay Ulusoy, Gizem Karaca və Cenk Erenin də aralarında olduğu 34 nəfərlə bağlı qərar verilib.
Məhkəmə aktory Çağatay Ulusoy və aktrisa Gizem Karacaya “narkotik maddə ticarəti etmək” ittihamı ilə 4 il 2 ay həbs cəzası kəsib. Müğənni Cenk Erenə isə 6 il 3 ay həbs cəzası verilib. Apelyasiya Məhkəməsi cəzaları təsdiq etsə, adıçəkilən şəxslər həbsxanaya yolanacaq. Əks halda işə yenidən baxılacaq. Cenk Erenin cəzası 5 ildən artıq olduğundan Ali Məhkəməyə müraciət etmək hüququ var.
Qeyd edək ki, Çağatay Ulusoy, Gizem Karaca və Cenk Eren 2013-cü ildə keçirilən əməliyyat zamanı “narkotik maddə ticarəti etmək” ittihamı ilə saxlanılmışdı. Bir müddət həbsdə qalan adıçəkilən şəxslər sonradan azadlığa buxalımışdı. (qaynarinfo)