Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Ombudsman Aparatı: Saleh Rüstəmova lazımi köməklik göstəriləcək

Narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun və onun qardaşı oğlu Vidadi Rüstəmlinin vəkilləri onlarla görüşə bilmirlər. Bu barədə Turan-a S.Rüstəmovun qardaşı Taleh Rüstəmov bildirib.

Onun sözlərinə görə, vəkillər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və 1 saylı Bakı İstintaq Təcridxanasında olublar.

“Ancaq hər iki qurumda Saleh Rüstəmov və Vidadi Rüstəmlinin orada saxlanılmadığını bildirblər. Biz Ombudsman Aparatının qaynar xəttinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət etmişik. Lakin həmin institutların nümayəndələri də hələ Saleh Rüstəmov və Vidadi Rüstəmli ilə görüşə bilməyiblər. Biz qardaşımın və qardaşım oğlunun taleyindən çox narahatıq”, deyə T.Rüstəmov qeyd edib.

Öz növbəsində, Ombudsman Aparatından Saleh Rüstəmovun vəkilinin bu quruma müraciət etdiyini təsdiq ediblər.

“Saleh Rüstəmovun saxlanıldığı yerlə bağlı (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır) vəkilinə məlumat verilib. Hazırda müraciətlə bağlı icraat davam etdirilir, lazımi köməklıik göstəriləcək”, deyə Ombudsman Aparatından bildiriblər.

S.Rüstəmovun vəkili apellyasiya şikayəti verib və mayın 16-da saat 15-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Saleh Rüstəmov mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-93-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə S.Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qardaşı oğlu Vidadi Rüstəmli mayın 10-da saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.

Mayın 12-də Vidadinin dayısı oğlu Azər Adamov Türkiyədən gələrkən Bakı aeroportunda saxlanılıb. Mayın 13-də Vidadinin dostu, Rusiya vətəndaşı olan Bəhruz Tağıyevi Gədəbəydə saxlayıb Bakıya gətiriblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir