ABŞ Senatı Mayk Pompeonu dövlət katibi postuna təsdiqləyib. Onun təyinatı 100 senatordan 57-si tərəfindən dəstəklənib.
Bundan əvvəl Mayk Pompeonun namizədliyi Senatın Xarici İşlər Komitəsi tərəfindən dəstəklənmişdi
M.Pompeo andiçmə mərasimindən sonra rəsmi olaraq dövlət katibi səlahiyyətlərinin icrasına başlayacaq.
Qeyd edək ki, M.Pompeo 2017-ci ilin yanvarından 2018-ci ilin martınadək Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışıb.