Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Təhsil Nazirliyi yeni təkliflər paketi hazırlayıb

Təhsil Nazirliyi “Təhsil haqqında” qanuna bir sıra dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, “Təhsil haqqında” qanun 2009-cu ildə qəbul olunub. Buna görə də qanunda bir sıra yeniliklərin edilməsinə, bəzi dəqiqləşdirmələrin aparılmasına, o cümlədən Təhsilin Inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var:
“Güman edirəm ki, yaxın müddət ərzində “Təhsil haqqında” qanuna dəyişikliklərin edilməsi üçün hazırlanmış təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim ediləcək. Qanuna dəyişikliklərin edilməsi təhsilin əlçatanlığının təmin edilməsinə , qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycanın təhsil sistemində tətbiqinə əhəmiyyətli töhfə verəcək”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir