Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Hüquq müdafiəçisi 3 polisə xəsarət yetirdi: Cinayət işi açıla bilər – RƏSMİ

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun saxlanılması və polisə müqavimət göstərməsi ilə bağlı məlumat yayılıb. 

Bu barədə araşdırma aparan BiG.AZ saytı bəzi məlumatlar əldə edib. Daxili İşlər Nazirliyinin Mətbuat Şidmətinin Şəki Regional qrupunun baş inspektoru Mahir Mənsimovun redaksiyamıza verdiyi məlumata görə Taleh Xasməmmədov yanvar ayında Bakıda qırmızı işıqdan keçərək yol hərəkəti qaydalarını pozduğuna görə cərimə yazılıb. O, bu gün Göyçay rayonu ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul əməkdaşları tərəfindən saxlanılıb. Ona cəriməsi ödənilmədiyi üçün nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması ilə bağlı məlumat verilib. O isə razılaşmayıb və polisə müqavimət göstərib. 3 polis əməkdaşına xəsarət yetirib. Müqavimət göstərməsinə rəğmən avtomobil cərimə meydançasına aparılıb. Hazırda faktla bağlı prokurorluq və polis orqanları tərəfindən araşdırma aparılır. Böyük ehtimalla cinayət işi açılacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir