Aprelin 17-də Konstitusiya Məhkəməsinin plenumu prezident seçkilərinin nəticələrini təsdiqləyəcək.
İclas saat 15:00-a təyin edilib. Bu barədə Konstitusiya Məhkəməsindən bildiriblər.
Xatırladaq ki, MSK-nın yekun protokoluna görə, 11 aprel növbədənkənar prezident seçkilərində İlham Əliyev qalib gəlib. O, seçicilərin 86,02%-nin səsini qazanıb.
Protokol aprelin 15-də Konstitusiya Məhkəməsinə göndərilib.
ATƏT DTİHB-nin beynəlxalq müşahidəçi missiyası seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyini bildirib.
Müxalifət qüvvələri seçkilərin nəticələrini tanımadığını bəyan edib.