France Press Turan TV haqqında nələri yazdı?
Turan TV, Azərbaycanda hakimiyyətə qarşı çıxan qaçaq TV
Projektorun işıqları altında Qənimət Zahid proqrama başlamasından bir neçə dəqiqəəvvəl hərəkətlənir. Amma burada heç bir texnik, qrimçi və ya operator yoxdur: bu Azərbaycanlı opponent Strazburqda kiçik bir studiyada proqramları özü təkbaşına təqdim edir, lentə alır və montajlayır. https://www.afp.com/fr/infos/2260/kanal-turan-la-tele-pirate-qui-tient-tete-au-pouvoir-en-azerbaidjan-doc-13r49g1
“Əvvəllər mətbəximizdə çəkirdim özümü, yəni, inkişaf var”, deyə əyilir kamerasını, cibinə taxılan mikrofonu yoxlayaraq.
56 yaşında, Qənimət Zahid xaricdən Azərbaycana yayım edən Turan TV-nin yaradıcısı və ulduz təqdimatçısıdır.
Kanalın heyəti rus və azərbaycan dillərində Qafqazın keçmiş sovet respublikasının avtoritar rejimini sərt tənqid edən verilişlər, sənədli filmlər hazırlayır.
“Azərbaycan neft ölkəsi olsa da, xalqın bir çox sosial problemi var. Pensiya sığortası yoxdur, iş azdır… Və heç bir siyasi azadlıq, vətəndaş azadlığı, özünü ifadə və ya toplaşma azadlığı yoxdur”, deyə bildirir jurnalist.
Sərhədsiz reportyorların (RSF) 2017-ci ildəki sıralamasında 180 ölkə içində 162-ci yerdə oldan Azərbaycan, QHT-lər tərəfindən ifadə azadlığına görə, adətən, qara zona kimi göstərilir. RSF-yə görə, 2003-cü ildə atası Heydər Əliyevin yerinə keçən İlham Əliyev 2014-cü ildən “sonuncu tənqidi səslərə qarşı amansız bir müharibə” aparır.
İlham Əliyev çərşənbə günü keçiriləcək və üzvlərinin əksəriyyəti təzyiqlərdən qurtulmaq üçün ölkəni tərk edən müxalifət təfərindən boykot edilən erkən prezident seçkilərində 4-cü mandatı güdür.
RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə rəhbəri, Johan Bihr müşahidə edir ki
“Turan TV, ölkəsini tərk edən amma mübarizəyə davam edən jurnalistlərin mükəmməl nümunəsidir”. “Onların əzmini təqdir etməliyik, çünki bu proyekt yoxdan var edilib.”
2012-ci ildə Qənimət Zahid Türkiyəyə mühacir kimi gedir və orada Azərbaycanda da baxılan türk kanallarından öz proqramlarını yaymağa başlayır. 2015-ci ildə bir əməkdaşlıq şəbəkəsi tərtib edir və France 2 kanalının rejim haqqındakı sənədli filmini tərcümə edir. Bu filmin yaradıcılarına, həmçinin müəllif Elise Lucetə qarşı rəsmi Bakı tərəfindən məhkəmədə iddia qaldırılır.
2016-cı ilin iyulunda, uğursuz dövlət çevrilişindən sonra Türkiyə hakimiyyəti jurnalistlərin işini yayımlayan kanalı bağlayır. Azərbaycandakı izləyicilərə çatmaq üçün Qənimət Zahid və onun əməkdaşları 2016-cı il oktyabrında Qafqaz və Mərkəzi Asiyanı əhatə edən Avropa peykinin bir tezliyini icarəyə götürür və Turan TV-nin əsasınl qoyurlar.
“Peyk Avropa şirkətinə məxsus olduğu üçün, hakimiyyət bu dəfə əngəl ola bilməz”, 2013-cü ildən Fransada mühacirətdə olan Qənimət Zahid bildirir. Youtube və Facebook səhifələrində 120 000 istifadəçi tərəfindən izlənilən kanalın peyk koordinatları aydın göstərilir.
Kanalın yaradıcısının dediklərinə görə, Turan TV-nin illik büdcəsi təxminən 100 min avrodur və tamamilə xaricdə yaşayan azərbaycanlılar tərəfindən maaliyyələşdirilir. Kanalın 300 və 500 min gündəlik izləyici sayı və bütün ölkələr üzrə 100-ə qədər könüllü əməkdaşları var.
Vətəndaş jurnalistikası
Qənimət Zahid WhatsApp platformasında Azərbaycandan müntəzəm olaaq hər gün videolar qəbul edir. Risklərə baxmayaraq, anonim insanlar öz çətinliyindən danışır vəmüxalifətin nadir etirazlarını lentə alırlar.
RSF-dən Johan Bihr qeyd edir ki, “Onlar ilk gündən vətəndaş jurnalistikası rolunu oynayırlar. Əməkdaşları arasında sadəcə olaraq gündəlik həyatları haqqında həqiqəti göstərmək istəyən adi insanlar da var.”
Bu fəaliyyət tənqidlərə də səbəb olur. “Müxalifətin ideyalarına qarşı həssas olan insanlar düşünür ki, bu peşəkar jurnalistika deyil. […] Turan TV ittiham edici, boykot müxalifətdir, və bu onları ictimai həyatdan kənarlaşdırır”, deyə Rafael Mathey, Azərbaycan üzrə ixtisaslaşan akademik bildirir.
Hazırda 3 əməkdaşı Azərbaycanda həbsdə olsa da, özü də həbsdə 2 il yarım keçirən Qənimət Zahid hakimiyyət ilə hər hansı bir yaxınlıqdan imtina edir: “Bu, prinsip məsələsidir”.