Aprelin 9-da İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclası keçirilib.
Rəsmi məlumata görə, iclasda “Azərişıq” ASC-nin sədri Baba Rzayevin, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun və Mənzil Tikintisi üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyevin məruzələri dinlənilib.
İlham Əliyev iclasda yekun nitqlə çıxış edib. İclasdakı çıxışların mətnləri daha sonra dərc ediləcək.