Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Şəkidə ana əməliyyatdan sonra ölüb

BAKU.WS-ə xəstənin yaxınlarının verdiyi məlumata görə, 28.03.2018 tarixində mərkəzin direktoru Azad Novruzov Məcidinski və baş həkim Saniyə Bəyməmmədova xəstə Məmmədova Türkan İlham qızında qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyatdan 2 saat sonra xəstədə qanaxma baş verib. Belə ki, əməliyyat zamanı xəstənin aorta damarı zədələnib. Xəstə yaxınlarının məlumatına görə, pasiyentin qanaxması dayanmadığına səbəbindən yenidən əməliyyata alınıb. Yaxınları xəstənin həkim səhlənkarlığı ucbatından dünyasını dəyişdiyini iddia edirlər. Bakıdan həkim briqadası gəldikdən sonra xəstə 3-cü dəfə əməliyyat olunub. Ancaq bunun bir faydası olmayıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, xəstənin 5-ci hamiləliyi və 2-ci doğuşu olub. Xəstədə kəskin böyrək çatışmazlığı qeydə alınıb. O, bildirib ki, bu ölümün səbəbinin diaqnozu deyil, ilkin nəticəsidir.

Ana ölümü rayonda ciddi narahatlığa səbəb olub və nəticədə Mərkəzin ətrafına xeyli adam toplaşıb. Polis müdaxiləsi baş verib və hətta polisə aparılanlar olub. Sonradan onların buraxıldığı bildirilir. Sosial şəbəkələrdə axşam saat 18.00-a Yenilik ticarət mərkəzinn qarşısında aksiya keçiriləcəyi xəbəri yayılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir