Azərbaycanda fəaliyyətim müddətində yadda qalan hallardan biri Azərbaycan və ABŞ arasında əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsidir. Diplomatik sahədə nə qədər iş görülsə də həmişə əlaqələri genişləndirmək üçün imkanlar var”.
Media-fakt.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O səfirlik missiyasının bitməsindən də söz açıb. “Hər bir ailə üzvümüz Azərbaycanı sevib və biz mütləq qaydada başqa bir qisimdə ailəmlə birgə gələcəyik. 3 il ərzində ikitərəfli münasibətlərin inkişafında rolu olan bir şəxs olaraq bu münasibətlərin inkişafı məni yaxından maraqlandırır”.
Səfir gələcək planlarının nə olacağı ilə bağlı suala da cavab verib: “Görüləsi işlər çoxur. Baxıb götür-qoy edib hansı işlərlə məşğul olmaq mümkündürsə onunla məşğul olacağam”.
Qeyd edək ki, Robert Sekuta martın sonlarında səfirlik missiyasının bitməsi ilə əlaqədar Azərbaycanı tərk edəcək.