2017-cı ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 482,1 mln. dollar investisiya yatırıb.
Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, ötən il Azərbaycanın qonşu ölkənin iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyaların həcmi 2016-cı illə müqayisədə 13,6% azalıb. Azalmaya baxmayaraq, 2017-ci ildə Azərbaycan Gürcüstanın bir nömrəli investoru olub.
Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi xarici investisiyaların ümumi həcminin 25,9%-ni təşkil edib.
Ötən il Gürcüstan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların ümumi həcmi 1 mlrd. 861,9 mln. dollar olub. Bu da 2016-cı ilin göstəricisindən 16,2% çoxdur.
Azərbaycandan sonra Gürcüstana ən çox investisiya qoymuş ölkələrin ilk beşliyinə Türkiyə (279 mln. dollar), Böyük Britaniya (250,4 mln. dollar), Niderland (224,3 mln. dollar) və Çexiya Respublikası (133,8 mln. dollar) daxildir.