Türkiyə hökuməti Berlində məscid və Türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib.
“Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq”, deyə B.Bozdağ qeyd edib. O həmçinin cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Hadisə ilə əlaqədar Almaniyanın Ankaradakı səfiri Martin Erdmann bu gün Türkiyə XİN-ə çağırılıb.
Qeyd edək ki, insident martın 11-də Berlinin Raynikkendorf rayonunda qeydə alınıb