Respublika Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti ilə birlikdə mayın 15-16-da təhsil müəssisəsində “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda elmi konfrans keçirəcək.
2018-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bununla əlaqədar “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 16 may 2017-ci il tarixli sərəncam imzalamış və 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. Elmi konfrans bu sərəncamdan irəli gələn vəzifələrin, xüsusən Cümhuriyyətin 3 aylıq Gəncə dövründə sosial, iqtisadi, mədəni və siyasi sahələrdə qəbul edilmiş qərarların müstəqil demokratik dövlət quruculuğunda mühüm roluna həsr ediləcək
Konfransda Azərbaycanda milli dövlətçiliyin bərqərar olması, Azərbaycan Xalq
Cümhuriyyətinin xarici, sosial-iqtisadi və mədəni siyasəti, Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu quruculuğu, Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir adlı məruzələr dinləniləcək.