Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

NATO Rusiya sərhədlərində genişmiqyaslı təlimlər keçirəcək

NATO ölkələri Rusiya sərhədlərində irimiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır.
RİA Novosti bildirir ki, bunu ABŞ dəniz piyadaları korpusunun komandanı, general Robert Neller deyib.
Təlimlərdə 45 minə yaxın hərbçinin iştirak edəcəyi bildirilir.
“Bu payız, oktyabr ayında NATO-nun böyük təlimi keçiriləcək. Yəqin ki, bu amfibiyaların iştirakı ilə hələ soyuq müharibənin pik dönəmlərində “Üçbaşlı əsanın birləşməsi” adı altında keçirilən təlimlərdən bəri ən irimiqyaslı hərbi təlimlər olacaq”, – deyə ABŞ generalı bildirib.
Onun sözlərinə görə, Norveç sahillərində keçiriləcək hərbi manevrlərə onlarla döyüş gəmisi və hərbi təyyarənin cəlb olunacağı bildirilir.
Amerikalı general “müharibə oyunlarının” konkret olaraq hansı yerdə keçirləcəyini bildirməsə də, Rusiya sərhədi yaxınlığında olacağına eyham vurub.
“Rusiya Federasiyası tərəfdən demarşların olacağına əminəm. Ancaq hesab edirəm ki, bu ABŞ strategiyasının ciddiliyini göstərir, bizim NATO müttəfiqlərimiz isə öz müdafiələri üçün bizi Avropada görmək istəyirlər”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir