Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Gülağa Aslanlı: “İsa Qəmbərin səhhətində problem yoxdur”

“Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbərin Türkiyədə müayinələri davam edir”,- Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

G.Aslanli nəzərdə tutulduğu kimi hərtərəfli müayinələrin getdiyini və bu müayinələrin sırf profilaktik xarakterli olmasını xüsusi vurğulayıb.

Aparat rəhbəri İ.Qəmbərin səhhətində problemlərin olması haqda iddiaları da cavablandırıb: “Birmənalı şəkildə bəyan edirəm ki, İ.Qəmbərin səhhətində hər hansı problem yoxdur, müayinələr nəzərdə tutulduğu qaydada davam etməkdədir. İ.Qəmbərin səhhətində hansısa problelər olması ilə bağlı yayılan informasiyalar başdan-ayağa əsassızdır və şayiədir”.

G.Aslanlı bunu da bildirib ki, İ.Qəmbərin vətənə dönüşünün məlum olmamasının səbəbi müayinə və müalicələrin uzun çəkə bilməsi ilə yox, nəzərdə tutulan görüşlərin sıxlığı ilə bağlıdır. “Ona görə də İ.Qəmbərin vətənə dönməsilə bağlı indidən hansısa bir tarix söyləyə bilmirik. Amma hər şey öz qaydasında gedir”,- o qeyd edib.

Xatırladaq ki, bu il yanvarın 13-də İ.Qəmbərin ürəyində narahatlıq yaranıb, Mərkəzi Klinik xəstəxanaya yerləşdirilib, ürəyinə stend qoyulub və yanvarın 18-də xəstəxanadan evə buraxılıb.

Fevralın sonlarında İ.Qəmbər bir daha Mərkəzi Klinikaya müraciət edib və həkimlər bu dəfəki müayinələrin profilaktik xarakterli olduğunu deyiblər. Fevralın 28-də isə İ.Qəmbər müayinələri davam etdirmək üçün Türkiyəyə gedib.

İ.Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri, 1992-93-cü illərdə parlamentin spikeri olub. Müəyyən müddət prezident səlahiyyətlərini yerinə yetirib.

1992-cu ildən 2014-cü ilin sentyabrna kimi Müsavat Paryiyasının başqanı olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir