Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Hadisə

​Zaqatalada TÜKÜRPƏDƏN HADİSƏ: 4-cü sinif şagirdi intihar etdi

Zaqatalada 4-cü sinif şagirdi intihar edib.
Media-fakt.info xəbər verir ki,, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.
Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.
Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin 4-cü sinif şagirdi idi.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir