Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayır

Bu gün Brüssel şəhərindəAvropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçiriləcək.
 
Media-fakt.info Moderator.az-a istinadən xəbər verir ki, dünən Brüsselə səfər edən  xarici işlər naziri  Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçiriləcək iclasda tərəflər “Şərq Tərəfdaşlığı” və “Avropa Qonşuluq Siyasəti” çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqlar, iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələləri kimi məsələlər ətrafında müzakirələr aparacaqlar.
İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq Şurasının üzvləri “Cənub Qaz Dəhlizi”nə dair məsələlərin müzakirəsi daxil olmaqla enerji əməkdaşlığını müzakirə edəcəklər.
İclasda mülki aviasiya razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.
Bundan başqa, E.Məmmədyarov və F.Mogerini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və bir sıra digər regional məsələlərə toxunacaqlar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir