Bakıda yanacaq daşıyan maşının sürücüsü yol qaydalarını kobud şəkildə pozub.
Media-fakt.info xəbər verir ki, hadisə Nobel prospektində baş verib.
Belə ki, intizamsız sürücü həm özünün, həm də başqalarının həyatını təhlükəyə atıb.
“30-ZA-114” dövlət nömrə nişanlı yanacaq daşıyan maşının sürücüsü təhlükəli manevrlər edib, sürət həddini keçib.
Gah sağdan, gah soldan ötmə əməliyyatı edib, gah da anidən əyləcə basıb.
“Bu, işverənlik deyil, bu, kiminsə həyatını törədiləcək qəzadan qurtarmaqdır!”, – deyə hadisəni lentə alan prodüser Tarix Əliyev qeyd edib.
Yenifakt.info
Müstəqil xəbərlər portalı