Eldar Mahmudovun məhkəmədə ifadə verməsi tələb olundu
Bu gün Sabunçu rayon məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin…
“Ziya Məmmədovun sabiq müşavirinin 1 milyard dollarlıq əmlakı var” – MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R. Əhmədov ifadə verib. O bildirib ki, oxşar hadisə…
AFFA “Qəbələ” və “Qarabağ” klublarını böyük məbləğdə cərimələyib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Qarabağ” matçında baş vermiş hüquqi pozuntularla bağlı qərarlar çıxarılıb. Hər iki klub, azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hərəyə 800 manat, kənar əşyalar atıldığı üçün…
Siyasətçilər və ekspertlər Mehriban Əliyevanın təyinatı haqda
Bu qərarda sensasiyalı bir şey görmürəm. Tamamilə gözlənilən idi”, – REAL Hərəkatının icra katibi Natiq Cəfərli Turan-a bildirib. “Əgər bu, idareətmə sistemini yaxşılaşdıracaqsa, Prezident Administrasiyası və Nazirlər Kabineti arasında səlahiyyət bölgüsü aparacaqsa niyə də olmasın”, – N.Cəfərli qeyd edib. Ancaq…
Dolların məzənnəsi 0,5% artıb
Fevralın 21-də Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi 1,7352 manatdan 1,7447 manatadək (0,5%) artıb. Hərracda Dövlət Neft Fondu iştirak edib, ancaq informasiya siyasəti şəffaf olmadığından tələb və təklifin həcmi barədə bilgi almaq mümkün olmayıb. Fevralın 21-də kommersiya bankları Amerika…
Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edildi
“Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında mühüm və fəal rol oynayır”. Bunu fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Mehriban Əliyevanı…
Trampın milli təhlükəsizlik üzrə müşaviri bəlli oldu
General-leytenant Qerbert Makmaster ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri təyin olunub. Bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser özünün “Tvitter” hesabında yazıb. Bu günədək Qerbert Makmaster ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanının müavini olub.
Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib
Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib. Səfirliyin rəsmi səhifəsində dərc olunan müraciətdə deyilir ki, son zamanlar Rusiyada müxtəlif yerlərdə (ticarət obyektləri, hava limanları, dəmir yol və avtobus vağzalları, soydaşlarımızın daha çox məskunlaşdığı ərazilər və s.) mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən…
Telefon rabitəsinə görə də öncədən ödəniş sistemi tətbiq olunacaq
2017-ci il martın 1-dən etibarən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziirlyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi stasionar telefon rabitəsi xidmətləri üçün öncədən ödəniş sistemini tətbiq edəcək. Bu barədə İstehsalat Birliyindən məlumat verilib. Məlumata əsasən, telefon rabitəsi üçün abunə haqqını…
Azərbaycan Beynəlxalq Bankı manat depozitlərini bahalaşdırıb
Azərbaycan Beynəlxalq Bankı (ABB) manatla depozitlərin faizlərini illik 13%-ə qədər artırıb. Bu barədə ABB-nin mətbuat xidmətindən məlumat verilib. Müştərinin istəyindən asılı olaraq faizlər aylıq, yaxud müddətin sonunda ödənilir. Müştəriyə Bankda yerləşdirdiyi depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır….