Yenifakt.info

Müstəqil xəbərlər portalı

Year: 2017

Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq edib

Vergilər Nazirliyi Azərbaycandakı gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə müraciət edib. “Report” xəbər verir ki, müraciətdə vergi ödəyiciləri vergi bəyannamələrini martın 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə çağırılır. Bundan başqa, qurum bəyan edib ki, vergi ödəyiciləri hesablanmış vergiləri həmin…

Azərbaycanda faciə- Lerikdə qar uçdu, bir ailənin 5 üzvü həlak oldu

Lerik rayonunda qar uçqunu baş verib. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Orant kəndində qeydə alınıb. Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat…

Bütün kateqoriyalar

“Dəyər” Ədliyyə Nazirliyinə müraciət etdi

“Dəyər” Demokratiyanın İnkişafına Dəstək İnstitutu Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə təşkilatın sədri Rəhman Əhmədov məlumat verib. Azərbaycanda vətəndaş cəmiyyəti çətin durumda olsa da, yeni təşkilatların yaranması davam edir. Bir müddət əvvəl təsis olunduğu elan olunan “Dəyər”Demokratiyuanın İnkişafına Dəstək İnstitutu…

Fransa Avrozonadan ayrılsa 180 mlrd. avro itirəcək

 Fransanın Avrozonadan ayrılması durumunda ölkənin ÜDM-i 2,3% və ya 180 mlrd. avro (189 mlrd. ABŞ dolları) azalacaq. Bu barədə hesabat Fransanın analitik Monten İnstitutu tərəfindən yayımlanıb. Araşdırmaya görə, ölkə kapitalının digər ölkələrə axması, vətəndaşların və şirkətlərin ucuzlaşan valyutaya etimadının azalması,…

Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib

Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ötən ilin noyabrında Şotlandiyaya işgüzar səfər ediblər. Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, səfər zamanı Şotlandiya parlamentində…

Masallıda ilahiyyatçı həbs edilib

Fevralın 22-də Masallı rayon Məhkəməsi (Bakıdan 263 kilometr cənub) ilahiyyatçı Sərdar Babayev barəsində həbs qəti imkan tədbiri seçib. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib. Vəkil məhkəmə iclasında iştirak edə bilməyib. Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə…

Azərbaycan əsgəri şəhid olub

Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin…

“Facebook” azərbaycanlıya görə Putinin məsləhətçisini blok etdi

“Facebook” administrasiyası Rusiya prezidenti Vladimir Putinin internet üzrə məsləhətçisi German Klimenkonun hesabını blok edib. Putinin məsləhətçisi bu barədə “Vkontakte” sosial şəbəkəsində öz səhifəsində yazıb. Klimenkonun sözlərinə görə, onun hesabının blok edilməsinin səbəbkarı Rusiyada yaşayan azərbaycanlı yazıçı və aparıcı Stanislav Xankişiyevdir….

Sumqayıt polisində REAL-çı fəala işgəncələr verilib

“Respublikaçı Alternativ” Hərəkatının fevralın 20-də həbs olunan üzvü Rahim Şalıyev Sumqayıt şəhər Polis İdarəsində işgəncələrə, alçaldıcı hərəkətlərə məruz qalıb. Şalıyev başına gətirilənləri vəkilinə danışıb. Vəkili Yalçın İmanov fevralın 22-də Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerində onunla görüşüb. Rahim Şalıyev…

“BP-Azerbaijan”: Şirkətdə 2 817 nəfər Azərbaycan vətəndaşı çalışır

 2016-cı ilin sonuna “BP-Azerbaijan” şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 817 nəfər olub. Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. “Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən…