Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

AXCP Şəki şöbəsinin rəhbəri və gənclərin sədri həbs edildi

AXCP Şəki şöbəsi Gənclər Komitəsinin sədri, fevralın 7-də həs olunan Samir Həsənov bu gün məhkəmə qarşısına çıxarılıb. Məhkəmə ona 20 sutka inzibati həbs cəzası verib. Samir Həsənovun hansı ittihamla həbs edildiyi məlum deyil. Məlumata görə, ona Polis İdarəsində işgəncə verib…

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi Avropaya inteqrasiya, şəffaflıq və siyasi məhbuslar məsələsini müzakirə edib

Çərşənbə axşamı Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin (VCMK) iclası  keçirilib. İclasda Azərbaycanda son hadisələr müzakirə edilib. Komitə üzvləri Aİ-Azərbaycan strateji tərəfdaşlığı haqqında saziş üzrə danışıqların başlanması, mədən hasilatında şəffaflıq Koalisiyasında vəziyyət, həmçinin siyasi məhbusların vəziyyətilə  ilə əlaqədar VCMK-nın öz mövqeyini bildirməsinə…

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə, inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək. Report xəbər verir ki, bununla bağlı Azərbaycanın İnzibati…

X.İsmayılovanın Avropa Parlamentində çıxışından əvvəl onun işığı söndürülüb

Bazar ertəsi saat 16 radələrində, Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının pozulması mövzusunda dinləmələrin başlamasına 15 dəqiqə qalmış Bakıda Skype vasitəsilə məruzəçi kimi müzakirə iştirakçılarına qoşulmalı olan jurnalist Xədicə İsmayılovanın elektrik enerjisi kəsilib. Bu barədə məlumat İsmayılovanın facebook səhifəsində yayılıb. Dinləmələr…

Gömrük nəzarətindən gizlədilmiş külli miqdarda zəli aşkarlanıb

Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda zəli növünün aşkar edilməsi faktı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutuna müraciət daxil olub. AMEA-nın Zoologiya İnstitunun direktoru Elman Yusifov Trend-ə bildirib ki, məsələ İnstitutun Elmi Şurasında müzakirəyə çıxarılıb….

“Bu adamın qulağından tutub, bərk dartmaq lazımdır ki…”

“Bu adamın qulağından tutub, bərk dartmaq lazımdır ki…” “Bu adam türkün düşmənidir. Düşmənçiliyin gözü-qaşı olmur ki! Oturub Milli Məclisdə ağlına gələni danışır, qarşısını alan da yoxdur. Ona görə də sərsəm açıqlamalarının davamı gəlir”. Bunu açıqlamasında sabiq millət vəkili Eldar Sabiroğlu…

Bu ərazilərdə qaz təchizatında məhdudiyyət olacaq

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğv edilməsi ilə bağlı…

İsmayıllıda həkim intihar edib

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini 1965-ci il təvəllüdlü Bədirov Çingiz Sidqi oğlu yaşadığı evdə çoxsaylı dərman preparatları qəbul edərək özünü öldürüb. Uzun illərdir ki, İsmayıllı rayon…

«PULU MTN-nin BİNASININ YANINA 4 NƏFƏR APARDIQ» – “Çanaqqala” restoranının sahibi

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. “Report”un xəbərinə görə, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsdən…

Akif Çovdarov məhkəməyə gətirilmədi

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra başlayacaq. APA-nın məlumatına görə, buna səbəb təqsirləndirilən şəxslərin…