Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Bu adamın qulağından tutub, bərk dartmaq lazımdır ki…”

“Bu adamın qulağından tutub, bərk dartmaq lazımdır ki…”

“Bu adam türkün düşmənidir. Düşmənçiliyin gözü-qaşı olmur ki! Oturub Milli Məclisdə ağlına gələni danışır, qarşısını alan da yoxdur. Ona görə də sərsəm açıqlamalarının davamı gəlir”.

Bunu açıqlamasında sabiq millət vəkili Eldar Sabiroğlu deputat Araz Əlizadənin Türklərlə, Osmanlı imperiyası ilə bağlı ittihamlarına münasibət bildirərkən deyib.

E.Sabiroğlu A.Əlizadənin Nuru Paşa ilə bağlı səsləndirdiyi ittihamlara da münasibət bildirib:

“Nuru Paşa haqqında dedikləri tamamilə yalandır. O, ümumiyyətlə, Osmanlının və Nuru Paşa kimi böyük sərkərdələrin tarixi haqda heç bir məlumata malik deyil, dedikləri də tarixi əsaslara söykənmir. Özündən uydurur. Görünən budur ki, aldığı tərbiyə onun qanına, iliyinə elə işləyib ki, türkün adını eşidəndə zəhər-zənbərəkə dönür. Osmanlının tarixini azdan-çoxdan oxumuşam, Nuru Paşa kimi böyük bir kişinin Azərbaycan üçün hansı qəhrəmanlıqlar etdiyinə bələdəm. Heç bir mənbədə bu cəfəng adamın irəli sürdüyü yalançı tezislərə rast gəlməmişəm. Varsa, çərənləmədən faktı qoysun ortalığa, yoxsa boş-boş və düşməncəsinə belə fikirləri gündəmə pərçimləməklə Qafqaz müsəlman ordusunun şanlı tarixi missiyasına ləkə qondura bilməz”.

Sabiq deputat onu da qeyd edib ki, A.Əlizadə ilə bağlı aidiyyati şəxslər tədbir görməlidir:

“Bu cür savadsız və maymaq deputatın yüksək qanunverici orqanda təmsil olunması və erməni təfəkkürünə uyğun çıxışlar etməsi çox heyrətləndiricidir. Əlbəttə, o, erməni deyil, amma ermənilər kimi danışır. Onu bu mərtəbəyə qaldıranların günahıdır ki, haqqı və dəyəri olmadığı halda millət vəkili adını daşıyır. Millətə də aşağıdan yuxarıya baxaraq həqarət və təhqirlə yanaşır. Deputatlar onun kəskin cavabını verməlidirlər, Milli Məclisin özündə ifşa olunmalıdır. Hansı dairədən qanunverici orqana təyinat alıbsa, həmin dairənin seçiciləri ayağa qalxıb ona öz yerini göstərməlidirlər. O, artıq bütün hədləri keçir, lazımi müqavimət hiss etmədiyindən həyasız açıqlamarının sayını getdikcə artırır. Nəhayət, bu adamın qulağından tutub bərk dartmaq lazımdır ki, bir də qələt qırıb belə sözləri dilinə gətirməsin”. (moderator.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir