Büdcəyə gəlir vergisindən daxilolmalar kəskin azalıb
Qubad İbadoğlu Başlıca səbəb iş yerlərinin kütləvi ixtisarı ola bilər Vergi növləri üzrə ödənişlərin trend təhlili göstərir ki, bu ilin birinci rübündə fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz azalıb. Belə ki,…
Sahibkarlığın inkişafına hakimiyyətin korrupsiya maşını əngəl olur
Müsahibimiz kiçik sahibkar Xəyal Abbasov ölkədə kiçik sahibkarlığın inkişafına mane olan səbəblərdən danışdı
“Fitch”: OPEC-in qərarı neft qiymətlərini dəstəkləyə bilər
Fitch” reytinq agentliyi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılması qərarının uzadılmasının neft qiymətlərini dəstəkləyəcəyini bildirib. “Report”un Agentliyə istinadən verdiyi xəbərə görə, açıqlamada hasilatın azaldılması qərarının 2018-cı il mart ayının sonuna qədər uzadılmasının dünyada xam neft ehtiyatlarının azalmasına yardım…
“Moody’s” vitse-prezidenti: Azərbaycanın Maliyyə Nazirliyinə inanmırıq
Azərbaycan Beynəlxalq Bankının xilası üçün ölkənin qızıl-valyuta ehtiyatlarından xərcləmək lazım gələcək. Azərbaycan hakimiyyətinin bankla bağlı taktikasını dəyişməsinin səbəbi də budur. Virtualaz.org xəbər verir ki, bunu Moody’s beynəlxalq reytinq agentliyinin vitse-prezidenti, MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin Bakıda keçirdiyi mətbuat…
“Fitch” Azərbaycan Beynəlxalq Bankında defolt elan etdi
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirib. Agentliyin məlumatında bildirilir ki, qısamüddətli reytinq “C” səviyyəsindən “RD” səviyyəsinədək salınıb. Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb. Bankın…
Azərbaycanda adambaşına 704 dollar xarici borc düşür
1 yanvar 2017-ci il tarixinə Azərbaycanın adambaşına xarici borcu $704,7 təşkil edir, bu da 2016-cı ilin əvvəlinə olan göstəricidən 0,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib. “1 yanvar 2017-ci il tarixinə Azərbaycanda əhalinin sayı 1 yanvar 2016-cı…
Azərbaycanda sənaye istehsalı 6% azalıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın sənaye sektorunda 12,6 mlrd. manatlıq və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6% az sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsi xəbər verir ki, hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8% artıb, neft…
Azərbaycanın ən nəhəng ticarət mərkəzi çökür – təfsilat
“Binə” ticarət mərkəzində alış-veriş tamam “ölüb”. Son aylarda çox az sayda alıcı bu məkana üz tutur. Burada dəyişməyən bir şey var ki, o da ticarət mərkəzinin rəhbərliyinin ticarətçilərə qoyduğu maddi tələblərdir. Məhz elə bu hal rəhbərliklə ticarətçilər arasında narazılıq yaradır……
Bakıda banklar 24 saat pul dəyişir – Rəsmi
Bakıda keçirilən “IV İslam Həmrəyliyi Oyunları” ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə may ayının 12-dən etibarən 24 bankın 40-dan çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Axar.az xəbər verir ki, yarışlar dövründə…
BEYNƏLXALQ BANKDAN ŞOK QƏRAR – Müflisləşmə prosedurunu başlatmaq üçün ABŞ-ın yuridikasiyasına sığındı
Milyardlarla dollarlıq xarici borcunu ödəməyi dayandırdı Kreditorlarla razılaşdırılacağı təqdirdə bankın 3.3 milyard dollarlıq xarici borcu dövlət borcu kimi yenidən rəsmiləşdiriləcək Hurriyyet.org bildirir ki, Azərbaycan Beynəlxalq Bankı valyuta ilə olan milyardlarla dollarlıq xarici borcunu ödəməyi dayandırıb və borcların restrukturizasiyasını, yaxud dövlətə…