Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

“2018-ci ildə hökumətin üzləşəcəyi əsas çətinliklərdən biri bank sektoru olacaq” – Samir ƏLİYEV

“Hamıya məlum olan bir fikir var: banklar iqtisadiyyatın qan-damar sistemidir. Bəlkə də qan-damar sisteminin insan orqanizm üçün nə demək olduğunu həkimlər qədər təsəvvür edən olmaz. Qan-damar sistemi nasaz olan orqanizm necə işləyirsə, bank sistemi pis işləyən iqtisadiyyat da elə işləyir….

“AzerGold” maliyyə hesabatını gizlədir

İlin sonunda dövlət şirkəti olan “AzerGold” qiymətli metalların hasilatı və ixracında uğurlar barədə hesabat verib. Amma bu işin neçəyə başa gəlməsi sirr olaraq qalır. 2017-ci ilin aprelindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 60 552 unsiya qızıl və 86 806 unsiya gümüş…

Tütün və tütün məmulatlarına aksiz vergiləri 2 dəfədən çox artırıldı

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan tütün pivə və alkoqollu içkilərə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb. Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini…

ABŞ Qazaxıstan Neft Fondunun 22.6 milyard dollarını dondurdu

New York Mellon Bankı” (BK.N) Qazaxıstan Milli Fonduna məxsus 22,6 milyard dollarlıq sərvəti dondurub. “Reuters” agentliyinin məlumatına görə, bu addım hökumətlə moldovalı investorun məhkəmə çəkişməsi nəticəsində atılıb. Moldovadan olan Anatoli Stati və onun şirkətləri Qazaxıstan hökumətinə qarşı bundan öncə də…

Azərbaycan “Şahdəniz” üçün yarım milyard dollar kredit aldı

Azərbaycan “Şahdəniz” yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə $524,5 mln. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Azərbaycan hökumətinin dövlət zəmanəti və Asiya İnkişaf Bankının (AİB) zəmanəti ilə $524,5 mln. məbləğində sindikatlaşdırılmış kreditin verilməsi haqqında kredit və zəmanət sazişləri imzalanıb”, – “Cənub Qaz…

“Dəmirbank” ASC-nin lisenziyası ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən, “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib. Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və…

Dünyaca məşhur şirkət Azərbaycandan getdi

B.A.T.(UK and Export) Ltd.” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu rəsmən elan edib. Bu barədə məlumatı Vergilər Nazirliyi yayıb. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 49c ünvanına bildirə bilərlər. Qeyd edək ki, Böyük Britaniya şirkəti olan…

“2015-ci ildə baş vermiş iki devalvasiya hələ də iqtisadiyata təsirini göstərməkdə davam edir”, – deputat Vahid Əhmədov

2015-ci ildə baş vermiş iki devalvasiya ötən iki il ərzində maliyyə sahəsinə və bütünlükdə iqtisadiyata təsirini göstərməkdə davam edir, – deyə deputat Vahid Əhmədov “Turan”a bildirib. O qeyd edib ki, 2016-cı ildə manatın məzənnəsinin saxlanması üçün həddən çox maliyyə vəsaitləri…

Bakıda gömrük rəisi işdən çıxarıldı

Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi, qətlə yetrilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev tutduğu vəzifədən azad olunub. Avropa.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, Namiq Canıyevin vəzifəsindən çıxarılması ilə bağlı əmr noyabr ayının 17-də verilib. Xatırladaq ki,…

Hökumət gömrüklə bağlı qərar verdi – Bu məhsullar rüsumdan azad olundu

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən külçə, silindrik tökmə və ya digər ilkin formalarda poladlıq və güzgü çuqun, ferroərintilər, elektrotexniki poladdan hazırlanmış prokatlar və qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) idxal gömrük…