Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Ailə üzvləri Mehman Hüseynovla görüşə buraxılmayıb

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bloger Mehman Hüseynova yanvarın 15-də ailə üzvləri ilə görüşə icazə verilməyib. Bu barədə Mehman Hüseynovun məcburi mühacirətdə olan qardaşı Emin Hüseynov bildirib. Onun sözlərinə görə, atası özünü pis hiss etdiyinə görə görüşə qardaşının həyat…

Kollegiya 7 vəkili cəzalandırıb

Üzvlük haqqını ödəməyən 2 vəkillə bağlı məhkəməyə müraciət edilib Vəkillər Kollegiyası Rəyasət Heyəti daha 7 vəkili cəzalandırıb. Onlardan ikisinin Vəkillər Kollegiyası üzvlüyündən kənarlaşdırılması üçün məhkəməyə müraciət edilməsinə qərar verilib. Bu haqda Vəkillər Kollegiyasının (VK) dekabrın 14-də yaydığı məlumatda bildirilir. Vəkillərin…

Prezident Şəkidə – Tapşırıqlar verdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gediblər.  BakuPost xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar. Şəki…

Azərbaycan müstəqilliyin 27-ci ildönümünü qeyd edir

Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilir. 27 il öncə – 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqda Konstitusiya aktını qəbul edib. Bu sənədlə Azərbaycan Respublikası bolşevik Rusiyasının işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan…

Alman deputat Bakıdan rüşvət almaqda şübhəli bilinir

Beynəlxalq Transparency International təşkilatı Bundestaqın Xristian-Demokrat İttifaqından (XDİ) deputatı Karin Ştrents (Karin Strenz) barəsində Azərbaycandan rüşvət almaq şübhəsi ilə istintaq başlamasını zəruri hesab edir. Avropa Şurası ekspertlərinin təhqiqatı deputatı korrupsiyada şübhəli bilmək üçün kifayət qədər əsas verir, bu barədə “Alman…

Ramin İmanov: “Korrupsiyaya qarşı mübarizə gözdən pərdə asmaq üçündür”

“Oturuşmuş korrupsiyanı aradan qaldırmaq üçün yüksək səviyyəli məmurlardan başlayaraq çox ciddi kadr dəyişikliyi getməlidir. Çünki, hər hansı qaydalar tətbiq etməklə, fəaliyyət proqramlarıyla korrupsiyaya qarşı mübarizə aparmaq mümkün deyil.” Bu sözləri müxbirimizlə söhbətində kiçik sahibkar Ramin İmanov deyib. R.İmanov hesab edir…

Azərbaycanda sosial şəbəkədə təhqirə və böhtana görə yeni cəza təklif olunur

Milli Məclisdə Cinayət Məcəlləsinin 147-ci (Böhtan), 148-ci (Təhqir) və 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddələrinin sanksiyalarına yeni cəza növünün əlavə edilməsi təklif edilir. Hər iki maddənin…

Borcunu qaytara bilməyənlərlə bağlı YENİ QƏRAR

Nazirlər Kabineti “Müflisləşmə və iflas haqqında”qanuna dəyişikliklərə uyğun olaraq “Borclunun sağlamlaşdırılması planının məzmunu”nun təsdiq edilməsi haqqında qərar qəbul edib. Baş nazir Novruz Məmmədovun təsdiqlədiyi sənəddə borclunun sağlamlaşdırılmasında iştirak edən kreditorun (kreditorların) tələblərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin məbləğləri, bu…

Azərbaycanda rəsmi saytlara giriş dayandı – Problem yaranıb

Bir qədər əvvəl Azərbaycanda rəsmi dövlət qurumlarının saytlarında problem yaranıb. Bir neçə dəqiqə ərzində rəsmi saytların heç birinə daxil olmaq mümkün olmayıb.Hətta rəsmi informasiya agentliklərinin saytları belə açılmayıb. Problemin səbəbi hələlik məlum deyil. Modern.az saytı  yaranan problemlə bağlı Nəqliyyat, Rabitə və…

Avropa Məhkəməsi Azərbaycandan olan bir neçə şikayət üzrə kommunikasiyaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan olan şikayətlər üzrə kommunikasiyaya başlayıb. Vəkil Fariz Namazlı facebook səhifəsində yazdığına görə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Turan İbrahimovun 7 gün, D18 Hərəkatının üzvü Qadir Ağakişiyevin 1 ay inzibati həbsə məruz qalması, eləcə də “Azadlıq”…