Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Alman deputat Bakıdan rüşvət almaqda şübhəli bilinir

Beynəlxalq Transparency International təşkilatı Bundestaqın Xristian-Demokrat İttifaqından (XDİ) deputatı Karin Ştrents (Karin Strenz) barəsində Azərbaycandan rüşvət almaq şübhəsi ilə istintaq başlamasını zəruri hesab edir.

Avropa Şurası ekspertlərinin təhqiqatı deputatı korrupsiyada şübhəli bilmək üçün kifayət qədər əsas verir, bu barədə “Alman dalğası” radiosuna Transparency İnternational-ın İdarə Heyətinin üzvü Volfqanq Vodarq (Wolfgang Wodarg) bildirib.

“Avropa Sabitlik Təşəbbüsü” təşkilatının təhqiqatı nəzərdə tutulur. “Kürü diplomatiyası” adlı yekun sənəddə Bakının AŞPA Monitorinq Komitəsinin Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsini müşahidə edən məruzəçilərini ələ almaqla məşğul olduğunun dəlilləri göstərilirdi.

AŞPA deputatları təsdiq ediblər ki, Azərbaycan nümayəndələri çoxsaylı hədiyyələr – qara kürü, xalça, bahalı alkoqol və zərgərlik məmulatlarının köməyilə assambleya məruzəçilərinin loyallığına nail olmağa çalışırdılar.

Bu ilin aprelində təqdim edilmiş hesabatda təhqiqat müəlliflərinin fikrincə, assambleyanın reqlamentini və deputat davranışı kodeksini pozmaqda təqsirli olan onlarla AŞPA üzvünün adı göstərilib.

Onlar arasında Xristian-Sosial İttifaqdan Bundestaqın keçmiş deputatı Eduard Lintner (Eduard Lintner) də var. O, 1999-2010-cu illərdə AŞPA üzvü olub. Hesabatda onu Azərbaycanın “əsas lobbiçisi” adlandırırlar. Və göründüyü qədər, məhz o, Karin Ştrentsi Bakının xeyrinə lobbiçiliyə cəlb edib. Ötən yay Lintnerlə birlikdə ona və başqa ölkələrdən olan onlarla parlamentariyə AŞPA-nın Strasburqdakı binasına girişin ömürlük qadağan edildiyi elan edilib.

Karin Ştrents inandırır ki, Lintnerin Line M-Trade konsaltinq firmasının Azərbaycandan maliyyələşdiyini bilmirdi.

Məlum olub ki, Berlin prokurorluğu həqiqətən də Karin Ştrentsin işinə maraq göstərib, amma bundestaq deputatının korrupsiyaya uğraması barədə şübhələri təhqiqat başlatmaq üçün kifayət qədər inandırıcı hesab etməyib. Amma Bundestaqın xüsusi komissiyası bununla bağlı öz araşdırmasını aparır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir