Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

İspaniya Kuboku: “Barselona” 1/2 finalın ilk matçında “Atletiko”nu məğlub edib

“Barselona” futbol üzrə İspaniya Kubokunun 1/2 final mərhələsinin ilk oyununda “Atletiko” (Madrid) üzərində 2:1 hesabı ilə qələbə qazanıb.
Görüş Madrid şəhərinin “Visente Kalderon” stadionunda baş tutub.
Kataloniya klubunun heyətində qolları Luis Suares (7-ci dəqiqə) və Lionel Messi (33) vurub. Ev sahiblərindən Antuan Qrizmann (59) fərqlənib.
Cavab qarşılaşması fevralın 7-də Barselonada keçiriləcək. Digər yarımfinal oyununda “Alaves” və “Selta” qarşılaşacaq. İlk oyun cümə axşamı Viqo şəhərində keçiriləcək.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir