
O, 43-cü dəqiqədə Amadu Sanqara qarşı kobud oynadığı üçün sarı vərəqə alıb. Lakin Axundov bundan sonra Sanqarın yanından keçərkən, yerdə olan fransalı yarımmüdafiəçini təpiklə vurub. Üstəlik, 29 yaşlı müdafiəçi “Zirə”nin müdafiəçisi Təmkin Xəlilzadə ilə söz savaşına çıxıb və onu itələyib. Lakin Yusifov Axundova ikinci sarı vərəqəni göstərməyib.
Qeyd edək ki, ilk yarıdan sonra hesab açılmayıb – 0:0.