Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

«PULU MTN-nin BİNASININ YANINA 4 NƏFƏR APARDIQ» – “Çanaqqala” restoranının sahibi

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsdən onun vəkillərindən biri olan Cahangir Cavadova etiraz edib-etməməsi ilə bağlı sual verilib.
V.Ələkbərov vəkilinə etiraz etməyib. Zərərçəkmiş Nizami Kazımovun hüquqşünası isə qeyd edib ki, C.Cavadov təqsirləndirilən V.Ələkbərovu müdafiə edə bilməz. Onun sözlərinə görə, 2008-ci ildə N.Kazımov həbs olunan zaman C.Cavadov onun müdafiəçisi olub. N.Kazımovun özü də bu faktı təsdiqləyib.

Hakim hazırkı mərhələdə C.Cavadovun məhkəmədə iştirak etmədyini söyləyib.

V.Ələkbərov isə vəkilindən imtina etmədiyini qeyd edib.

Hakim deyib ki, bu işə qanunla nəzərdə tutulmuş qaydada baxılır və obyektiv, hərtərəfli məhkəmə araşdırması aparılır: “Vəkilin prosesdə iştirak edib-etməməsinə, həmçinin təqsirləndirilən şəxsi müdafiə etməsi məsələsinə növbəti məhkəmə iclaslarında baxılacaq”.

Daha sonra V.Ələkbərov həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib.
Vəsatət təmin edilməyib.

Daha sonra məhkəmədə elan olunub ki, prosesə zərərçəkmiş N.Kazımovun epizodu üzrə adı keçən şahidlər gəlib: “Lakin bu iş üzrə adı keçən MTN-nin baş istintaq idarəsinin rəisi olmuş, general Mövlam Şıxəliyevin iki telefonundan heç birinə zəng çatmayıb, bu səbəbdən onun məhkəməyə gəlməsini müəyyən etmək mümkün olmayıb. Şahid, “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevlə əlaqə saxlamışıq, o, məhkəməyə gəlməyəcəyini bildirib. Həbsdə olan Zal Yusifovun da məhkəməyə gətirilməsi mümkün olmayıb”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir