Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Fevral 2017

İcra hakimiyyəti şəhidin ”Şəhidlər Xiyabanı”nda dəfninə imkan verməyib

“Bu, Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlikdir” Fevralın 25-də Xocavənd rayonunda həlak olmuş əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki “Şəhidlər Xiyabanı”nda dəfn edilməsinə izin verilməyib. “Turan”-a bu barədə məlumatı mərhum əsgərin atası Nazim Cəfərov verib. O, Nizami Rayon İcra Hakimiyyətinin…

“Neftçi” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. Həftənin açılış oyununda AZAL klubu “Neftçi” komandasını qəbul edib. Şüvəlanda baş tutan görüşün taleyini bir qol həll edib. Matçın 4-cü dəqiqəsində qonaqların ispaniyalı hücumçusu Daniel Seqoviyanın vurduğu qol “Neftçi”yə qələbə qazandırıb….

Elektron xidmətlərdən istifadədə 63 region sakininə köməklik göstərilib-FOTO

“Bərdə və Ağdam rayonlarında təşkil edilən xidmət mərkəzləri elektron xidmətlərdən istifadədə çətinliyi olan sakinlərə köməklik göstərilməsi işini davam etdirir. Bu ayın əvvəlindən indiyədək  63 nəfər region sakininə elektron xidmətlərdən istifadədə köməklik göstərilib”. Bu barədə məlumat verən Regional İnsan Hüquqları və…

Türkiyə Suriyadan nə vaxt çıxacağını açıqladı

Türkiyə Suriyadakı hərbi əməliyyatlarını nə vaxt başa çatdıracağını açıqlayıb. Prezidentin müşaviri İlnur Çevik bildirib ki, Manbic alınandan sonra Suriyadan çıxacaqlar. “Hazırda Türkiyə 90 kilometrlik bufer zona qurur. Ankara orada öz mövcudluğunu bərpa etmək istəyir. Manbic alınan kimi Türkiyə Suriyadakı hərbi…

Bakı Narkoloji Dispanserinin baş həkimi rüşvət üstündə həbs edilib

Bakı şəhər Narkoloji Dispanserində vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Bu…

ibtidai sinif müəllimləri narazılıq etdi

Bakı məktəblərində ibtidai sinif müəllimləri yenidən imtahan edilir. APA-nın xəbərinə görə, ibtidai sinif müəllimlərinə imla yazdırılır və bu proses hər bir məktəbin “Ana dili- Ədəbiyyat” müəllimləri tərəfindən həyata keçirilir. Bir müəllimin digər müəllim tərəfindən yoxlanılması məktəblərdə narazılıqlara səbəb olub. Paytaxtın…

Dolların rəsmi məzənnəsi dəyişməyib

Azərbaycan Mərkəzi Bankı fevralın 28-i üçün dolların məzənnəsini 1,7475 manat səviyyəsində saxlayıb. Kommersiya bankları Amerika valyutasını 1,73-1,75 manat civarında alır, 1,78-1,84 manat civarında satır. Avronun rəsmi məzənnəsi 1,8466 manatdır. Kommersiya bankları Avropa valyutasını 1,80-1,84 manat civarında alır, 1,9-1,95 manata satır.

“Nardaran işi”: Vəkillər barədə Vəkillər Kollegiyasına müraciət olunacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup – “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov,…

Müdafiə Nazirliyi şəhidlərin sayını açıqladı

Ermənistan döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş şərtləri pozub. Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız  – Abdullayev Aqşin İsmayıl…

Azərbaycanın Birinci vitse-prezidenti: “Mən sağlam, konstruktiv tənqidi eşitməyə hazıram”

“Mən sağlam, konstruktiv tənqidi eşitməyə hazıram. Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, lakin öz ölkənə qarşı müxalif olmağa gərək yoxdur. Ən dəhşətlisi budur”. Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Vesti nedeli” verilişinin aparıcısı Dmitri Kiselyevə müsahibəsində…