
“Report” mundialın Təşkilat Komitəsinə istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino bildirib.
Onun sözlərinə görə, dünya çempionatları tarixində ilk dəfə referiyə belə səlahiyyət veriləcək. İnfantino bildirib ki, ayrı-seçkiliyə qarşı üçpilləli mübarizə proseduru tətbiq ediləcək: “Əlbəttə, dünya çempionatının “fair-play” ruhunda, düzgün oyun prinsipləri əsasında keçəcəyini gözləyirik. Əminik ki, irqi ayrı-seçkiliklə bağlı hər hansı insident baş verməyəcək. Baş versə belə, dünya çempionatlarının tarixində ilk dəfə irqi ayrı-seçkiliyə qarşı üçpilləli mübarizə proseduru tətbiq ediləcək. Baş hakim irqçi və ya digər yolverilməz davranışlar təqdirində, matçı dayandıra, həmçinin təxirə sala biləcək”.
Qeyd edək ki, 2018-ci il dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyada keçiriləcək