Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Polis iki “telefon terrorçusu”nu saxlayıb

Polis müxtəlif obyektlərə bomba qoyulması barədə yalan məlumat verən iki nəfəri aşkar edərək saxlayıb.

Yanvarın 2-də saat 21:40-da naməlum şəxs DİN-in “102” saylı qaynar xəttinə telefon edərək Səbayel rayonundakı mehmanxanaların birinə bomba qoyulduğunu bildirib. Axtarış zamanı bomba tapılmayıb.

Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, zənğ edən 24 yaşlı Elmar Qasımovdur. O saxlanılıb.

Yanvarın 3-də saat 16:28-də “102”-yə zəng edən şəxs paytaxtın Nizami rayonunda anbara bomba qoyulduğunu bildirib. Müəyyən edilib ki, məlumat verən 61 yaşlı Həsən İsmayılovdur. O da saxlanılıb.

Faktlar üzrə CM-in 216-cı maddəsi (terror haqda yalan məlumat) ilə cinayət işi qaldırılıb. Bu barədə DİN mətbuat xidmətinin məlumatında bildirilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir