İki xarici şirkət martın 9-da ləğv edildiyini elan edib və öz kreditorlarını məlumatlandırıb.
“Wicklow Corporate Services Limited” (Britaniya) şirkətinin filialı Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərirdi. Ötən il bu şirkətin sahibi Səid Alum Bitinin Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərindən biri ilə şəxsi münaqişəsi olmudu. İş məhkəməyə qədər getdi və onun şirkəti Amcham-dan çıxarıldı.
İsveçrənin “Man Oil Group AG” şirkətinin filialı Bakıda 2011-ci ildə neftlə çirklənən əraziləri ən yeni texnologiyalarla təmizləmək üçün yaradılıb (http://www.vesti.az/news/42823). Onun əslində nə ilə məşğul olduğu bilinmir.