Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Fed uçot dərəcəsini qaldırdı

Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlandı.

ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası bu gün başa çatıb.

Gözlənildiyi kimi, iclasda uçot dərəcəsi 1,00%-1.25% aralğından 1,25%-1.50% aralığına qaldırılıb.

Beləliklə, Fed faizləri 25 bənd artırmışdır.

Fed bu il Mart və İyun aylarında hər birində 25 bənd olmaqla 2 dəfə faiz artırmışdı.

Fed 2018-ci ildə 3 dəfə faiz artıracağını gözləyir. Bazarlar da bu sayda faiz artırılacağını gözləyirdi.

Bakı vaxtı ilə 23:30-da ABŞ Mərkəzi Bankının sədri Janet Yellen mətbuat konfransı keçirəcək.

(marja)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir