Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Orta məktəblərdə İslam Həmrəyliyi təbliğ olunub – Foto

“Sosial İnkişaf” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Bakı şəhəri, Xətai rayonu 56, 55 və 27 nömrəli orta məktəblərdə “Orta məktəblərdə İslam Həmrəyliyinin təbliği” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb. 56 nömrəli orta məktəbin binasında keçirilən tədbirdə müəllim və şagirdlər, ASAN Xidmətin nümayəndəsi və QHT təmsilçiləri iştirak ediblər.

Tədbir barədə məlumat verən layihənin rəhbəri Nazim Süleymanov bildirib ki, cənab Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib:

“Layihə çərçivəsində minlərələ şagird və müəllim “İslam Həmrəyliyi ili”nin mahiyyəti, məqsədi, fəaliyyət planı barədə məlumatlandırılıb. Layihə çərçivəsində Bakı və respublikamızın bir sıra rayonlarınn məktəbliləri arasında “İslam həmrəyliyi məktəblilərin gözü ilə” rəsm müsabiqəsi də keçiriləcəkdir. Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması, bütövlükdə, islam dünyasına, eləcə də dünyaya mesaj xarakteri daşıyır. Məqsədyönlü şəkildə dünyada, artıq uzun illərdi ki, islamofobiya hökm sürür, islam ölkələrinin əleyhinə kampaniya aparılır. Ayrı-ayrı güclər müsəlman dövlətlərinin enerji resurslarına yiyələnmək üçün fəaliyyətlərini islamofobiya faktoru üzərində qururlar. Belə amillərə qarşı mübarizə aparmaq və mübarizə üçün də həmrəylik nümayiş etdirmək lazımdır. Azərbaycan hər zaman islam həmrəylik prinsipindən çıxış edib. İslamın insanları terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməsinə dayandığını vurğulayıb. Yəni bütün dünyaya, bir daha islamın mərhəmət və humanizm prinsiplərinə əsaslanan bir din olduğunu çatdırıb. Bütün dinlərin, əslində, sülhə, həmrəyliyə çağırdığını xüsusi olaraq, vurğulayıb. Ölkəmizdə elan olunan 2017-ci il “İslam Həmrəylik ili” təkcə Azərbaycan üçün, islam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün önəmi var. Çünki dinlərarası qarşıdurma heç kəsə xoşbəxtçilik gətirmir”.

N.Süleymnov qeyd edib ki, layihənin məqsədi İslam Həmrəyliyinin ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyətini məktəb şagirdləri, onların müəllimləri və valideynləri arasında təbliğ etmək, bu istiqamətdə təşəbbüsləri inkişaf etdirməkdir.

Tədbirin sonunda qaliblər mükafatlandırılıb. Mükafatlandırlanlardan 24 nömrəli orta məktəbin 6-cı sinif şagirdi Vəzirxan İsgəndərovun gələn ay rəsm sərgisinin keçirilməsi nəzərdə tutulub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir