Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

​Maykl Flinn Trampa qarşı ifadə verəcək

ABŞ prezidentinin sabiq milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn Donald Trampa qarşı ifadə verəcək.
Media-fakt.info xəbər verir ki, bu barədə “ABC News” kanalı məlumat yayıb. Verilən məlumata görə, Maykl Flinn bildirib ki, hazırda ifadə verməyə hazırdır.
Bu barədə xüsusi prokuror Robert Mueller kanala açıqlamasında bildirib. Onun sözlərinə görə, Maykl Flinn şəxsən Trampın Rusiya ilə əlaqəyə girməyi istədiyini bildirib.
“Maykl Flinn nahaq yerə ittiham edilir. Çünki bundan əvvəl Maykl Flinn etiraf edib ki, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqədə olmasına dair Federal Təhqiqatlar Bürosuna yanlış ifadə verib”, – deyə Robert Mueller bildirib.
Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.
Xatırladaq ki, Maykl Flinn 2014-cü ilin apreli – Obama administrasiyası Flinni Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri vəzifəsindən azad edib. 2015-ci ilin dekabrı – Pullu spiker kimi Moskvada şam yeməyində iştirak edib. 2016-cı ilin fevralı – Tramp kampaniyasında işləməyə başlayıb. 2016-cı il noyabrın 10-u – Obama Flinn-i işə cəlb etməmək üçün Trump-a xəbərdarlıq edib. 2016-cı il noyabrın 18-i – Milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə iş təklifini qəbul edib. 2016-cı ilin dekabrı – Rusiya səfiri ilə danışıb. 2017-ci il 26/27 yanvar – Baş prokurorun müavini vəzifəsini icra edən Ağ Evə Flynn-in səfir ilə danışması barədə xəbərdarlıq edib. 2017-ci il fevralın 8-i – Səfirlə sanksiyaları müzakirə etdiyini rədd edib. 2017-ci il fevralın 13-ü – Milli təhlükəsizlik üzrə müşavir vəzifəsindən istefa verib. Maykl Flinnin Rusiya ilə əlaqələri Federal Təhqiqatlar Bürosu və Senat və Nümayəndələr Palatasının Kəşfiyyat Komitələri tərəfindən Moskvanın ötən ilin noyabrında baş tutan ABŞ prezident seçkilərinin Donald Tramp-ın xeyrinə sonlanması üçün müdaxilə etməsi iddiaları ilə bağlı daha geniş araşdırmanın tərkib hissəsi kimi araşdırılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir