Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

ATƏT-in baş katibindən gözlənilməz etiraf: – “Təşkilatın işi münaqişənin həlli deyil”

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini bərpa etmək lazımdır. Virtualaz.org xəbər verir ki, bunu İtaliyada dərc olunan “Agenzia Nova” nəşrinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.

O qeyd edib ki, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikin apardığı iş münaqişənin, xüsusilə təmas xəttində kəskinləşməsinin qarşısının alınması baxımından vacib əhəmiyyətə malikdir.

“Təşkilatın işi prosesin nəzarətdə saxlanılmasından ibarətdir, münaqişənin həlli deyil. Tənzimlənmənin məsuliyyəti tərəflərin üzərinə düşür”, – baş katib qeyd edib.

Bütün uzun müddət davam edən münaqişələr mövzusuna toxunan Qreminger deyib ki, ATƏT vasitəçi rolunu oynayır, lakin son nəticədə münaqişənin tənzimlənməsi tərəflərin siyasi iradəsindən asılıdır. Buna görə də, ATƏT kimi təşkilatlardan münaqişələrin həlli kimi məsələlərdə gözləntilər daha realistik olmalıdır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir