Region Beynəlxalq Analitik Mərkəz İB-yi artıq bir neçə müddətdir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xocalıda axan qan!” adlı layihəsini başlayıb.
Xocalı faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş olan bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Layihə Xocalı faciəsinin 25-ci ildönümü dövründə Azərbaycan reallıqlarının soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması, “Xocalıda tökülən qan! adlı kampaniyada sosial şəbəkələr vasitəsilə beynəlxalq ictimaiyyətə və eləcə də şəhər turistlərinə qətliam haqqında məlumatların verilməsindən ibarət olacaq.
Fəaliyyətlər çərçivəsində sosial şəbəkələrdə Facebook, İnstagram və Twitter vasitəsilə geniş qaydada və müasir təbliğat alətlərindən, ingilis dilində həştəqlərdən istifadə edərək məlumatların yayılması həyata keçiriləcək