Abşeron rayonu, Xirdalan şəhəri Heydər Əliyev prospekti 30 ünvanında yerləşən “Kristal Abşeron MMC”-yə məxsus binanın sakinləri etiraz aksiyası keçiriblər. Sakinlərin aksiya etməsinə səbəb MMC-nin müqavilədə göstərilən öhdəlikləri yerinə yetirməkdən imtina etməsi olub.
Müqaviləyə əsasən “Kristal Abşeron MMC” əhalini isti su və istiliklə təmin etməli idi. Buna görə də sakinlərə 150 manat məbləğində isti su sayğacları da satılıb. İstiliyi evin hər kvadratına görə 0.40 manatdan, 1 kub isti suyu isə 2.50 manatdan əhaliyə satan MMC, qazın qiyməti qalxdıqdan sonra istiliyin qiymətini 0.30 manat bahalandıraraq, 0.70 manat edib.
Sakinlərin sözlərinə görə, əhaliyə istiliyin və isti suyun artıq onlar tərəfindən təmin olunmayacağını, hər kəsin öz evinə, öz hesabına kombi çəkdirməsini deyirlər.
Şikayətçilər bildirirlər ki, onlar kombi çəkilişinə etiraz edirlər və MMC öhdəliklərini yerinə yetirməyənə qədər etitaz aksiyaları davam edəcək.
Nəzərə alsaq ki, burada yaşayan əhalinin 90 faizi evləri yüksək faizlərlə kreditə götürüb və bu onlar üçün əlavə xərcdir, əlavə olaraq evlərinin təmirinin korlanması deməkdir. Halbuki qazanxanalar əhalinin MMC – yə ödədiyi pullarla tikilib və bu qazanxanalar əhliyə xidmət etməlidirlər.
Əhalinin etirazına baxmayaraq, MMC heç bir öhdəliyin yerinə hetirilməyəcəyini bildirib və aksiya bu dəfə də nəticəsiz qalıb (Skrom.net).