Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Ekologiya ilə bağlı layihə yekunlaşdı – FOTO

“Rəqəmsal İnkişaf” İB-yi “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının” maliyyə yardımı ilə ” Təmiz Nəfəs, Sağlam Həyat” adlı layihəsini yekunlaşdırıb.

Layihənin məqsədi Gəncliyimiz və gələcəyimiz sağlam inkişaf etdirmək üçün ətraf mühitin çirklənməsinin qarşısını almağa çalışmaq və təbiətə ziyan vurmadan tullantılardan düzgün formada istifadə etmək idi.

Bu məqsəd ilə də layihənin əsas fəaliyyəti ətraf mühitin çirklənməsinin qarşısını almağa yardımçı olmaq və gələcəyin sağlam inkişafı üçün təmiz nəfəs düsturunu formalaşdırmaq idi.

b_550_325_16777215_00_images_xeber_sekilleri_29avqust2017_11eko4.jpg

“Rəqəmsal İnkişaf” İB layihə çərçivəsində bir qrup könüllü gənclərlə birlikdə “Təmiz nəfəs, sağlam həyat” layihəsini həyata keçirərək gənclərə, vətəndaşlara, ailələrə və gələcək nəsilə ətraf mühitin qorunması və mühafizəsi üçün bir mesaj ötürməkdən ibarət idi. Layihə müddətində “Təbiətimizi sevək və qoruyaq” şüarları ilə iyirmi nəfər gənclə birlikdə gül və ağaclar əkildi və eləcə də bir qrup gənclərlə birlikdə xüsusi geyimlərdə – papaq və maykalarda vətəndaşları ətraf mühiti qorumağa, çirkli tullantıların düzgün atılmasına, ətrafı çirkləndirməməyə köməklik etməyə dəvət etdilər. Həmçinin layihə müddətində gənclərlə avto nəqliyyat sistemindən az istifadə edərək karbon qazının hasil olmasının qarşısını az da olsa almaq üçün gəncləri velosiped sürmə aksiyasını həyata keçirdi. Təmiz nəfəs, sağlam həyat” şüarları altında Yeni Bulvarda xüsusi mayka və papaqlar geyinib velosiped sürərək nəqliyyatdan az istifadə etməyi, gəncliyimizi qorumaq, sağlamlığımızı düşünərək və ekologiyaya zərər vurmamaq üçün velosiped sürməyə həvəsləndirmək məqsədi ilə geniş aksiya keçirildi. Sağlam gənclik və sağlam gələcək naminə təbiəti qoruyaq və sağlam böyüyək şüarları ilə 20 (iyirmi) nəfər gənc könüllü velosiped sürmək aksiyasını böyük maraqla təşkil etdilər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_29avqust2017_12eko2.jpg

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir